Hücuma məruz qalan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, keçmiş XTQ döyüşçüsü Namiq Babayev bu gün 1 saylı Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub.
Bu barədə
Bakupost.az -a Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildiriblər.
Hazırda onun vəziyyəti orta qiymətləndirilir.
Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsi qazi Namiq Babayevi vuraraq çənəsini sındıran Rəvan Nəbizadə barəsində
1 ay müddətinə qətimkan tədbiri seçilib. R.Nəbizadə barəsində Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.
Bakupost.az əməliyyatdan sonra Namiq Babayevin xəstəxanadan fotolarını əldə edib.
Həmin fotoları təqdim edirik:
Elnur
BakuPost