Ru
15:04 / 27 İyun 2019

"Coca-Cola" bu Azərbaycan şirkətini məhkəməyə verdi

1990
"Azərbaycan Coca-Cola Bootlers Limited” MMC "Qida Təchizat SK” MMC-ni məhkəməyə verib.


Bakupost xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən "Coca-Cola” 289 manat borcun tutulması barədə tələb irəli sürüb.


İddiа tələbi onunla əsaslandırılıb ki,"Azərbaycan Coca-Cola Bottlers LTD” MMC ilə "Qida Təchizat SK” MMC arasında 28 iyun 2017-ci il tarixdə müqavilə bağlanıb. Həmin müqavilənin şərtlərinə uyğun olaraq "Coca-Cola” istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri "Qida Təchizat SK” MMC-yə satıb. Cavabdeh həmin malların əvəzində müəyyənləşdirilmiş pul məbləğini "Azərbaycan Coca-Cola Bottlers LTD” MMC müəssəsinə ödəməyi öhdəsinə götürüb. 


Daha sonra "Qida Təchizat SK” MMC-nin "Azərbaycan Coca-Cola Bottlers LTD” MMC-yə 289 məbləğində ödənilməmiş borcu qalıb.


Məhkəmənin qərarına əsasən, iddiа tələbi təmin еdilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər