Azərbaycanda bank kartlarındakı pul vəsaitlərinin talanması ilə bağlı daha bir fakt qeydə alınıb.
Bakupost.az xəbər verir ki, Bakı şəhərində yaşayan Vüqar Məhərrəmov dostunun avtomobilini "Lalafo" saytında satmaq istəyərkən cinayətkarın tələsinə düşüb:
"Zəng edib dedi ki, almaq istəyirəm. Saxlamaq üçün beh qoymaq istədiyini dedi. Sonra kart nömrəmi aldı ki, 50 manat beh qoysun. Kuriyer pulu çıxmasın deyə, ödənişi “Lalafo” vasitəsilə etmək istədiyini, bunun üçün göndərilən kodu qəbul etməyimi xahiş etdi. Kodu qəbul edən kimi kartımda olan 95 manatım yoxa çıxdı. Sonra mənimlə olan vatsap yazışmalarını sildi və nömrəmi bloka qoydu".
Zərərçəkən bildirib ki, inandırıcı olmaq üçün şəxsiyyət vəsiqəsini də göndərib, yazışmaları silən vaxtı şəxsiyyət vəsiqəsinin fotosu təsadüfən silinməyib.
Başqa vətəndaşlara zərər vurmasın deyə, həmin şəxsin şəxsiyyət vəsiqəsini təqdim edirik.
Qeyd edək ki, naməlum şəxslərin sosial şəbəkələrdə vətəndaşları işə düzəltmək adı ilə onların kart məlumatlarını əldə edib daha sonra hesabda olan pul vəsaitlərini talamaları barədə çoxsaylı hadisələr baş verir. Bununla bağlı Daxili İşlər Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi dəfələrlə əməliyyatlar keçirib.
Onlayn alış-veriş saytlarında, eləcə də bu tipli platformalarda yerləşdirilən və ilk baxışdan insanların diqqətini cəlb edən məlumatlarla tanış olan zaman maksimum diqqətli olmağı, bank kartlarında olan məlumatları heç bir halda qarşı tərəfə verməməyi tövsiyə edirik.
Elnur
BakuPost
Bu şəxs mənidə aldadıb 1200 azn məbləğimi oğurkayib kartdan etrafli 055 306 20 88 nömresinde cox məlumat var məndə