Ru
14:27 / 06 Mart 2020

Dənizkənarı Bulvar İdarəsində növbəti dezinfeksiya işi aparılıb

Dənizkənarı Bulvar İdarəsində növbəti dezinfeksiya işi aparılıb
Eye

Dənizkənarı Bulvar İdarəsi Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri həyata keçirilib. Bulvar ərazisində yerləşən bütün inzibati binalar, yeməkxanalar, anbarlar və ofislər xüsusi dərman məhlulları ilə dezinfeksiya olunub.


Dezinfeksiya işlərini bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət həyata keçirir. İşlər qrafikə uyğun davam etdiriləcək.

Koronavirusla bağlı dezinfeksiya işləri ilə yanaşı, Dənizkənarı Bulvar İdarəsinin struktur qurumlarında əməkdaşlar arasında maarifləndirmə işləri də aparılır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar