Valideynlər arasında belə bir stereotip var ki, rus sektorunda təhsil Azərbaycan dilində təhsildən daha keyfiyyətlidir. Ona görə də bu gün valideynlər çalışır ki, övladlarını rusdilli məktəblərə qoysunlar. Əslində prosesi diqqətlə təhlil etdikdə bu düşüncənin əsassız olduğunu görürük.
Bunu
Bakupost.az -a açıqlamasında
Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov deyib.
Millət vəkili hesab edir ki, Azərbaycan dilində təhsil rus dilindəki təhsildən heç də geri qalmır: "Ümumən götürdükdə Azərbaycan dilində təhsil alanlar daha çoxdur. Lakin övladlarının rus dilində təhsil almasına meyilli valideynlərimiz də az deyil”.
C. Məmmədov bildirib ki, bu gün Bakıda əhalinin daha çox rus dilində danışdığını müşahidə edirik:
“Əlbəttə, xarici dil bilmək yaxşdır. Lakin hər birimiz Azərbaycan dilində danışmağa üstünlük verməli, övladlarımızı da bu istiqamətdə tərbiyə etməliyik. Əgər dövlət, millət, xalq olaraq güclü olmaq istəyiriksə, dəyərlərimizə sahib çıxmalıyıq. Dəyərlərimizdən də ən önəmlisi dilimizdir. Hər bir millətin dili onun dəyəridir. Valideynlər öz Vətəni, torpağı və dövlətinə layiqli vətəndaş yetişdirməyə çalışmalıdır. Bu gün daha çox öz dilimizi öyrənməli, bu dildə təhsil almalı və dilimizə sahib çıxmalıyıq. Əlavə olaraq hansısa xarici dili öyrənə, yaxud övladlarımıza öyrədə bilərik. Amma biz dilimzlə bağlı həmişə həssas və diqqətli olamlıyıq. Dil həm də mədəniyyət daşıyıcısıdır. Ona görə valideynlərin, cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. İnsanlar mərhələli şəkildə yanlış stereotip və yanaşmalardan uzaq olmalıdırlar”.
Fəridə
Baku Post
İndimi yadınıza düşdü. Ay cənab deputat 50 ildən çoxdurki dilimizi rus siyasətinin icraçları pis günə qoydular.Sən heç evində qadağa qoya bilmirsən.Bir belə zehinləri zəhərləmiş ,hər şeyə laqeyid qalan 80-90 % manqurdlaşdırdığınız camaata neçə qadağa qoyasan.Bu bir az uzun çəkəcək.Əsas məsələ 50 ildir vəzifələri zəbt edən,son 30 ildə dahada quduzlaşan antimilli ünsürlər bu ölkədən Rədd edib,cəhənnəmə vasil etməkdir.
Rus dilinə meyilli olanların milli kimliyi qarışıq olanlardır.Bu gün dünyanın sayılan,seçilən dövləti olan Türkiyənin dilini öyrənməyənlər bizim milli düşmənlərimiz və seperatçılardır.Rusiya getdikcə batmaqda olan ölkədir.Onun vətəndaşları rus dilindən qaçıb ingilis,alman və fransız dillərini öyrənirlər.Azərbaycanda rus dilinə maraq hakimiyyət tərəfindən yaradılır.Belə ki indi gənclər işə düzələndə pox iyi verən rus dilini bilmələri tələb olunur.