Ru
22:46 / 19 Avqust 2019

Deputatın istirahət mərkəzindəki davanın VİDEOSU

5093
Ötən gün "Relax” istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxs oraya yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstəriblər. BakuPost-un məlumatına görə, nəticədə dövlət qurumunun nümayəndələrinin vəzifələrini icra etməsinə imkan verilməyib və qarşıdurma yaranıb. Hadisəylə bağlı 6 nəfər tutulub. Bunların arasında millət vəkili İqbal Məmmədovun oğlu Mirmehdi Nərimanlı da var. Bundan başqa, deputatın qardaşı oğlu Orxan Nərimanlı da saxlanılanlar sırasındadır.
Məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilən şəxslər Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirirlər.

 

BakuPost Unikal.org-un yaydığı videonu təqdim edir.

 

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər