"Bəzi dərsliklər Ermənistan bayrağının fonunda çap olunub”.
BakuPost.az xəbər verir ki, bu iddia ilə Milli Məclisin deputatı Naqif Həmzəyev çıxış edib.
Deputat deyib ki, dərsliklər təlim-tərbiyə ilə yanaşı milli məqsədlər, mənafelər əsasında qurulmalıdır:
“Özəl nəşriyyatlar tərəfindən çap edilən dərs vəsaitləri isə bəzən xalqımızın, millətimizin tarixinə, mənəviyyatına uyğun olmur. Ali məktəblərə hazırlaşanlar üçün “Azərbaycan tarixi” məlumat kitabının üz qabığının üzlüyünün dizaynının, ibtidai sinif dərsliyində cədvəlin Ermənistan bayrağı fonunda tərtib olunması nə dərəcədə doğrudur?
Təbiətdə 7 rəng və bu rənglərin saysız-hesabsız çalarları olduğu halda Ermənistan bayrağını əks etdirən, bir-birinə uymayan, ardıcıl 3 rəngdən istifadə olunması narahatçılıq yaradır.
Aidiyyəti qurumlar bu məsələyə laqeyd qalmamalı, ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən məqamlara münasibət bildirməlidirlər”.
Ayıb olsub belə kitab çap edənlərə,doğru deyiblər ağacı qurd içindən yeyər..bu millət nə düşünür görən???