Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) başqanı Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bakupost.az –ın məlumatına görə, DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulması onun iki vətəndaşdan daxil olmuş şikayəti əsasındadır: “Hər iki vətəndaşın şikayəti dələduzluqla bağlıdır. A.Əsədli yalan vədlər verərək onların birindən 150 min, digərindən isə 10 min ABŞ dolları pullarını alaraq mənimsəyib.
Hər iki müraciətlə bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır. Onun ölkəni tərk etməsinə qoyulan məhdudiyyət də məhz bu araşdırmalarla əlaqədardır”.