Ru
13:42 / 15 İyul 2019

DİN “Keşikçidağ”dakı insidentlə bağlı bəyanat yaydı: "İmkan verin işimizi görək"

2047
Gürcüstanın Daxili İşlər Nazirliyi ictimaiyyəti və vətəndaş qruplarını Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyanın sakit şəraitdə işini davam etdirməsinə imkan verməyə çağırıb.


Gürcüstanın Birinci telekanalı xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.


Nazirlikdən bildiriblər ki, Gürcüstan-Azərbaycan sərhədində,"Keşikçidağ” sahəsində yerli sakinlər və azərbaycanlı sərhədçilər arasında kiçik insident baş verib. Lakin insident qısa müddət ərzində aradan qaldırılıb və hazırda vəziyyət stabildir.


Mətbuatın yazdığına görə, münaqişəyə səbəb guya azərbaycanlı sərhədçilərin kilsədən ikonanı icazəsiz çıxarmaları olub. 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər