Mayın 21-i səhər Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 25-i axşamadək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.
Bu barədə
Bakupost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, 21-22-də yağıntıların qısa müddətə güclənəcəyi ehtimalı var.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Bol yağiş ruzi bərəkətdir. Özü də yaz yağışı...Yağ ey yağış ellərə yağ.. Bakıya yox çöllərə yağ...
Anidən başlayacaq 30+ isti havalar. Hələ ki, sərinlikdi dadını çıxarım
May ayı özünu noyabra oxşadır .
Habibova
Çox pis yaydı eee
Pis