Ru
12:46 / 11 İyul 2019

Bakıda məşhur supermarketdə "Çin yumurtası" satılır - VİDEO DİQQƏT!

5869

Bakıda növbəti dəfə "çin yumurtası” deyilən, jelatin və kalsium qarışığından hazırlanan yumurta satıldığı məlum olub. 

 

Bakupost.az-ın məlumatına görə, Bakı sakini Məhəmməd Hüseyn Şəhriyar küçəsində (BDU-nun yaxlığı) yerləşən "Araz” supermarketindən kampaniya çərçivəsində 10 ədədi 30 qəpiyə yumurta alıb. 

 

Yumurtanı qaynadıb yemək istədikdə isə  əcaib mənzərə ilə qarşılaşıb. Şikayətçinin təqdim etdiyi videodan da görünür ki, yumurtanın içərisindən mənşəyi bəlli olmayan yarıbərk halında maddə çıxıb. 

 



"Araz” supermarketindən Bakupost.az-a bildirilib ki, həqiqətən də 28 İyun-4 İyul tarixində mağazalar şəbəkəsində endirim kampaniyası çərçivəsində 10 ədədi 30 qəpiyə yumurta satılıb. Lakin onlar Çindən yumurta idxal etmirlər və məhsulları yerli bazara aiddir. 


Qeyd edək ki, saxta yumurtaların satılması faktına ölkəmizdə bir neçə dəfə rast gəlinib. Bu yumurtaların qabığı gips, kalsium və parafindən ibarətdir. İçərisindəki yumurta ağı və sarısı jelatin və kalsium qarışığından əmələ gəlir.

 

Mütəxəssislərin bildirdiyinə görə,  uzun müddət bu yumurtaları istifadə etmək əsəb sistemlərinə neqativ təsir edə bilər, uşaqlarda isə əqli inkişafını azalda bilər.

 

Saxta yumurtaların necə hazırlanması ilə bağlı videonu təqdim edirik:

 



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər