Direktoru olduğu şirkətə 758 min "atan" deputat oğlu MƏHKƏMƏDƏ

668
 
Keçmiş millət vəkili Dünyamalı Məmmədovun 758 min manatlıq dələduzluqda təqsirləndirilən oğlu Elvin Məmmədovun məhkəməsi davam edib.

Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verən "Happy Baku" MMC” nin rəhbəri Cavid Cümşüdov bildirib ki, Elvin Məmmədov onun işçisi olub: "Elvin bizə 758 min manat ziyan vurub. Pulların çoxu 2014-ci ilə qədər ələ keçirilib. Elvin 2014-cü ildə şirkətdən ayrılandan sonra araşdırmalar aparılıb və yoxa çıxan məbləğin 758 min manat olduğu üzə çıxıb”. 

Cavid Cümşüdov qeyd edib ki, Elvin Məmmədovun həbs edilməsini istəməyib, buna görə də pulun ödənilməsi üçün müqavilə imzalayıb: "Onun həbs edilməsi heç nəyi dəyişməyəcəkdi. Fikirləşdim ki, pulu ödəyər. Biz müqavilə imzaladıq, amma onu həbs elədilər. Bizim bu işdə heç bir marağımız olmayıb. Bu söhbətlər başlayanda, işin üstü açılanda Elvin pulun 100 minini ödədi. Biz də düşündük ki, qalanını da ödəyəcək. Amma ödəmədi".

Məhkəmə iyunun 25-də davam etdiriləcək.

Qeyd edək ki, Elvin Məmmədov "Happy Baku" MMC-nin direktoru olub.  O, şirkətin 758 min manta pulunu mənimsəməkdə təqsirləndirilir. 

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir.

Onu da qeyd edək ki, Elvin Məmmədov sabiq deputat Dünyamalı Məmmədovun oğludur. Dünyamalı Məmmədov 1995-ci ildə 96 saylı Cəlilabad seçki dairəsindən deputat seçilib.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər