Ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılan Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru general-mayor Ehtiram Xəlilov həbs edilib.
Bakupost.az -ın məlumatına görə, Səbail rayon məhkəməsinin qərarı ilə E.Xəlilov barəsində 3 ay, 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam edir.
Qeyd edək ki, DGK-nin sədri Səfər Mehdiyevin əmri ilə o, bu vəzifədən
azad edilib və yerinə Mövsümov Hüseyn Mövsüm oğlu təyinat alıb.
Əməliyyat nəticəsində bir sıra vəzifəli şəxslər
saxlanılıb.