Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bu keçirdiyi əməliyyat nəticəsində saxlanılan yüksək vəzifəli şəxslərdən birinin kimliyi məlum olub.
Bakupost.az Sfera.az -a istinadən xəbər verir ki, onlardan birinin Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan
gömrük general-mayoru Ehtiram Xəlilov olduğu bildirilir.
Qeyd edək ki, Ehtiram Xəlilov daha əvvəl Sumqayıt gömrüyünə rəhbərlik edib.
Əməliyyatın təfərrüatı barədə yaxın saatlarda rəsmi açıqlamanın veriləcəyi gözlənilir.