Ru
22:24 / 21 İyul 2019

DTX polkovnikinin işinə Cəlilabad rayon Hərbi Məhkəməsində baxılır

5218
Dövlət Təhlükəsizlik Xidmətinin Astara rayon şöbəsinin rəisi həbs edilib. BakuPost-un  Criminal.az-a istinadən məlumata görə, şöbə rəisi, polkovnik Elxan Alışov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma ) maddəsi ilə təqsirləndirilir. Cinayət işinin istintaqı artıq yekunlaşdırılaraq məhkəməyə göndərilib. Hazırda E.Alışovun cinayət işinə Cəlilabad rayon Hərbi Məhkəməsində baxılır. Məhkəmədən bildirilib ki, iş hakim Vüqar Əhmədovun icraatındadır. Ondan başqa daha 2 nəfər də təqsirləndirilir. Məlumata görə, E.Alışov həbs edilməmişdən bir müddət əvvəl təqaüdə çıxması ilə bağlı müraciət edibmiş. DTX-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arif Babayev sayta açıqlamasında E.Alışovun həbs edilməsini təsdiqləməyib. Bildirib ki, DTX-nın heç bir rayon şöbəsinin rəisi həbs edilməyib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər