Ru
16:35 / 21 Yanvar 2019

Dumanla bağlı sürücülərə XƏBƏRDARLIQ

2740
 


Bakı Nəqliyyat Agentliyi sürücülərə və piyadalara müraciət edib.


BakuPost qurumun saytına istinadən xəbər verir ki, bu gün səhər saatlarından Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə edildiyindən BNA sürücülərə hərəkətdə olarkən yol və meteoroloji şəraiti nəzərə almağı, ara məsafəsini normadan artıq saxlamağı və yol nişanlarının tələblərinə riayət etmələrini tövsiyə edir. 


Eyni zamanda, piyadalardan xahiş edilir ki, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmasınlar, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşsünlər, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etsinlər.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər