Ru
14:20 / 20 İyul 2019

Dünyanın ən varlı adamları - Azərbaycanlı da var

4618
"Bloomberg” nəşri dünyanın ən zəngin 500 milyarderinin yeni reytinqini açıqlayıb.


ABŞ-ın "Amazon” şirkətinin sahibi Ceff Bezos yenidən dünyanın ən zəngin adamı seçilib.İyulun 20-nə olan məlumata görə, onun sərvəti 122 milyard dollar təşkil edir.


İkinci yerdə 106 milyard dollar sərvətlə fransız iş adamı, "Louis Vuitton Moët Hennessy” şirkətinin Prezidenti Bernar Arno qərarlaşıb. O, bu il 37,7 milyard dollar gəlir əldə edib.


 

Üçüncü yeri 106 milyard dollar gəlirlə "Microsoft” şirkətinin rəhbəri Bill Qeyts  tutub. Biznesmen il ərzində 15,8 milyard dollar qazanıb.



Dünyanın ən zəngin 4-cü adamı isə "Berkshire Hathaway” şirkətinin rəhbəri, amerikalı sahibkar Uorren Baffetdir. 88 yaşlı iş adamı 81,3 milyard dollar sərvətə sahibdir.



 

Beşinci yerdə isə "Facebook”un yaradıcısı Mark Tsukerberq (77,4 milyard dollar) olub.



 

Azərbaycanlı iş adamı, "Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov 17,7 milyard dollarla 61-ci yerdə qərarlaşıb. O, bu il 1,66 milyard dollar gəlir əldə edib.


Dünyanın ən varlı adamları -  Azərbaycanlı da var
Dünyanın ən varlı adamları -  Azərbaycanlı da var
Dünyanın ən varlı adamları -  Azərbaycanlı da var
Dünyanın ən varlı adamları -  Azərbaycanlı da var
Dünyanın ən varlı adamları -  Azərbaycanlı da var
Dünyanın ən varlı adamları -  Azərbaycanlı da var
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər