Ru
14:29 / 27 İyun 2019

Dövlət agentliyi milyonluq saat qalmaqalı barədə məlumat yaydı

2936
 

Azərbaycan Avtomobil Yolları Agentliyi qurumun sədri Saleh Məmmədovla bağlı yayılan məlumatlar barədə açıqlama yayıb.

 

Bakupost.az-ın xəbərinə görə, AAYA-nın mətbuat xidmətindən bildirilib ki, xarici media resurslarında İspaniyanın İbiza şəhərində 22 yaşlı azərbaycanlı turistin 1 milyon funt sterlinq dəyərində saatının oğurlanması barədə məlumat yayılıb: "Bu məlumatdan dərhal sonra ölkənin daxili və xarici siyasətinə, aparılan sosiyalyönümlü islahatlara kölgə salmaq məqsədi ilə mütamadi olaraq iqtidara, iqtidarın vəzifəli şəxslərinə və ailələrinə qarşı sifarişli, yalan və böhtan dolu məlumatlar yayan müxalifyönlü qüvvələr bu gəncin guya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun oğlu Sübhan Məmmədlinin olduğu barədə yalan məlumatlar yayıblar. 


Bu, yalan və cəfəngiyyatdan başqa bir şey deyil. Belə ki, Sübhan Məmmədli İspaniyanın İbiza şəhərində olmayıb, Londondakı "King’s College"də təhsil almayıb. Bu məlumatları asanlıqla dəqiqləşdirmək mümkündür. 


Göründüyü kimi bu, müxalifyönlü qüvvələrin iqtidarı təmsil edən vəzifəli şəxslərlə bağlı şər və böhtan dolu məlumatlar yaymaqla ölkəmizin nüfuzunu beynəlxalq ictimaiyyət qarşısında aşağı salmaq kimi çirkin oyunlardan növbətisidir".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər