Ru
12:50 / 27 İyun 2019

Dövlət büdcəsinə dəyişiklik təsdiq olundu

1471
Bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.


Bakupost-un APA-ya istinadən məlumatına görə, qanun layihəsi barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.


Belə ki, ötən il büdcənin gəlirləri 22 508 869,7 min manat, xərcləri isə 22 731 644,5 min manat olmaqla təsdiq edilib.

Bu ilin əvvəlinə vahid xəzinə hesabının sərbəst qalığı 872 350 399 min manat olub.


Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılıb və qəbul edilib.  
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər