Ru
13:41 / 24 Avqust 2019

Döyüb-söymədiyi üçün kübar ərindən boşanır

4474
Birləşmiş Ərəb Əmirliklərində adət ediləndən fərqli bir hadisə yaşanıb.


Bakupost xarici KiV-ə istinadən xəbər verir ki, BƏƏ-də bir qadın ərindən boşanmaq üçün şəriət məhkəməsinə müraciət edib. Alışılan boşanma müraciətlərindən fərqli olaraq qadın ərinin ona qarşı zor tətbiq etmədiyini, təhqir etmədiyini və heç vaxt dalaşmadıqlarını əsas gətirib. Ərinin göstərdiyi hədsiz diqqət və qayğıdan bezdiyini və normal cütlüklər kimi dava etmək istədiyini bildirib. Ər isə məhkəmədə həyat yoldaşını çox sevdiyini, ona qarşı hər zaman kübar davrandığını söyləyib. Hətta arvadı arıqlamasını istədiyi üçün ağır bir dietaya başladığını, bədən formaya salan idman hərəkətləri edərkən ayağını qırdığını da əlavə edib. Kübar ər məhkəmə heyətindən arvadını fikrindən daşındırmalarını da xahiş edib.



Qeyd edək ki, məhkəmə 1 illik evli olan cütlüyə bir daha düşünmələri üçün şans verib.

 

Vəsilə İbrahim

BAKUPOST
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər