Bu gün Bakı Şəhər Ticarət və Xidmət Departamentinin
mətbuat xidmətinin rəhbəri, tanınmış yazıçı Əlabbas Bağırovun doğum günüdür.
BakiPost.az xəbər verir ki, 1957-ci ildə dünyaya göz
açan Ə.Bağırov 60 illik yubileyini qeyd edir.
Yazıçı öz tərcümeyi-halını bu cür ifadə edib:
Doğum
tarixi – 5 may 1957.
Ən xoşbəxt
günü – 23 avqust 1973, tələbə
bileti aldığı vaxt.
İlk sevgi
şərbəti içdiyi gün – 27 avqust 1978.
İlk donluq
aldığı ay – sentyabr 1978, 87 manat.
İlk mətbu
yazısı – "Kişilik”, ("Ulduz”, №11, 1981)
Yadlar
qapısında son sənə – 1993.
Çapına ən
çox vaxt itirdiyi əsər – "Köhnə kişi”, 8
il.
Qapılarında can çürütdüyü redaksiyalar – "Azərbaycan”, "Ulduz”, "Ədəbiyyat
və incəsənət”
Ən gözəl
hekayəsi – "Acı bir xatirəyə sözardı”
Uğuruna ürəkdolusu
sevindiyi əsər – heç biri.
Yaşamadığı
illər – "Köhnə kişi”nin "Azərbaycan”ın zindanında "yatdığı” 1981–88-ci illər… və indi.
Bakı Post