Əbülfəz Elçibəyin həyat yoldaşı dəfn edildi - FOTOLAR-YENİLƏNİB

3564
 
 
Mərhum prezident Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva torpağa torpağa tapşırılıb. 
 
Bakupost.az-ın məlumatına görə, mərhumə doğulduğu Kələki kəndində dəfn edilib.
 

 



 
 
**
 
Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin Türkiyənin İstanbul şəhərində vəfat etmiş həyat yoldaşı Həlimə Əliyevanın cənazəsi Naxçıvandadır.

Cənazə xüsusi təyyarə reysi ilə Naxçıvana çatdırılıb, daha sonra "Təcili yardım" avtomobili ilə Ordubad rayonunun Kələki kəndinə aparılıb.

Cənazəni mərhumun yaxınları ilə yanaşı, sabiq Baş nazir Pənah Hüseyn, Müsavat Partiyasının başqanı Arif Hacılı, KXCP sədri Mirmahmud Mirəlioğlu, mərhum Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov və başqaları müşayiət edib.

Həlimə xanım bu gün Kələki kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Dəfn mərasimində Türkiyə Böyük Millət Məclisinin üzvlərinin də iştirak edəcəyi gözlənilir. (Report.az)
 
**
07:15 
 
Türkiyədə vəfat edən Həlimə xanımın cənazəsi Azərbaycana göndərilib.
 
 
BakuPost xəbər verir ki, onun cənazəsini yaxınları və jurnalistlər qarşılayıb. Elçibəyin oğlu Ərturqut jurnalistlərə deyib ki, anası doğma kəndində dəfn olunmağı vəsiyyət edibmiş. Cənazənin qarşılanmasında iştirak edınlərin bəziləri hava limanlndan Kələkiyə yola düşüblər.
 
Məlumata görə, Həlimə Əliyevanın cənazəsini Naxçıvana aparmaq üçün prezident İlham Əliyev xüsusi təyyarə ayırıb.


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər