Ələt-Şirvan dəmiryolu xəttində yanğın söndürüldü - VİDEO YENİLƏNİB

1123
Ələt-Şirvan dəmiryolu xəttində baş verən yanğın lokallaşdırılıb.

 Saat 12.00 radələrində Ələt-Şirvan dəmiryolu xəttinin 45-ci kilometrliyində, Şirvan çeşidləmə stansiyasında yolun kənarına yığılmış mazutlu şpallarda yanğın baş verib. Yanğına quru otun yanaraq şpallara keçməsi səbəb olub. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin  Şirvan Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb. Yanğının əsas dəmir yolu xəttinə keçməsinin qarşısı alınıb.

Dəmir yolu təsərrüfatına ciddi ziyan dəyməyib.(apa)
 
 
 
 

** 13:11  

Ələt-Şirvan dəmiryolu xəttində yanğın baş verib.

Saat 12.00 radələrində Ələt-Şirvan dəmiryolu xəttinin Şirvan ərazisində yolun kənarına yığılmış mazutlu şpallarda yanğın baş verib. Yanğına səbəb quru otun yanaraq şpallara keçməsi olub. Dəmir yolu xəttinə təhlükə yaransa da alovun qarşısını almaq mümkün olub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi yanğının söndürülməsi istiqamətində iş aparır. (apa) 


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər