Ru
14:41 / 16 İyul 2019

Elinanın anası Xalidə Bayramova ilə üzləşmək istəyir - VƏKİLLƏRDƏN TƏLƏB

3176
 

Səbail rayonunda yerləşən 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın anası Sevil Hüseynovanın Səbail rayon icra başçısının müavini Xalidə Bayramova ilə üzləşdirilməsi barədə istintaqa vəsatət verilib. 


Bakupost.az-ın məlumatına görə, bunu Elinanın intiharı ilə bağlı keçirilən mətbuat konfransında ailənin vəkilləri deyib. 


Vəkillər bildirib ki, istintaq orqanı vəsatətə hələ də cavab verməyib. 


Xatırladaq ki, Elinanin intiharından sonra məktəbə ilk gələn rəsmi şəxs Səbail rayon icra başçısının müavini Xalidə Bayramova olub. O, intihardan bir saat sonra hadisə yerinə gəlib və onun gəlişinin ardınca məktəbə təvili yardım çağırılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər