Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:07 / 30 İyun 2019

Əmlakını sığortalamayanlar məsuliyyətə cəlb olunacaq – Baş nazirdən yeni qərar

5141


İcbari qaydada sığortalanmaya nəzarət gücləndiriləcək, daşınar və daşınmaz əmlakı icbari qaydada sığorta etdirməyənlər inzibati məsuliyyətə cəlb ediləcəklər.


BakuPost-un məlumatına görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənmiş "Sığorta sektorunun inkişafına dair 2019–2021-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.


Sənədə qeyd edilir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası, Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,  Dövlət Gömrük Komitəsi, Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyəti orqanları 2019-2020-ci illərdə İnzibati Xətalar Məcəlləsinə əsasən icbari qaydada sığorta müqaviləsi bağlamayan şəxslərin inzibati məsuliyyətə cəlb edilməsini təmin etməlidir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar