Avqustun 30-da Azərbaycanda təhsilverənlərin sertifikatlaşdırılması prosesinə start verilib.
İlkin mərhələdə Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Gəncə-Daşkəsən, Quba-Xaçmaz regional təhsil idarələrinin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan 11 mindən çox ibtidai sinif müəllimi test imtahanlarında iştirak eib.
Bakupost.az “Qafqazinfo”ya istinadən imtahanda ən yüksən nəticə - 60 bal toplamış müəllimlərdən bir neçəsini təqdim edir:
Şəfəq Məmmədova - Sumqayıt şəhəri 4 nömrəli tam orta məktəb
Səidə Bağışova - Qusar rayonu Urva kənd tam orta məktəb
Xəyalə Xələfova - 245 nömrəli tam orta məktəb
Aysel Məmmədova (soldan birinci) - 320 saylı tam orta məktəb
Əhmədova Günel - Gəncə şəhər 12 saylı tam orta məktəb
Fərahnaz Nağıyeva - 313 nömrəli tam orta məktəb
Samirə Məmmədova - Şəhid Bəhruz Ağaverdiyev adına Qusar şəhər 1 saylı orta məktəb
Güllü Şirinova - 166 saylı məktəb-lisey
Jalə Mehdiyeva (solda) və Güney Həsənova - Hər ikisi 129 nömrəli tam orta məktəb
Natəvan Əsədova - Xaçmaz şəhər İ.Qayıbov adına 3 sayli tam orta məktəb
Sevil İbrahimova - 21 saylı tam orta məktəb
Qeyd edək ki, bu gün isə rus bölməsi üzrə ibtidai sinif müəllimlərinin imtahanı ilə sertifikasiyanın test mərhələsi yekunlaşacaq. Daha sonra müsahibə mərhələsi barədə namizədlərə məlumat veriləcək.
Həmçinin ilk dəfə uğur qazanmayan müəllimlər təkrar sertifikatlaşdırmada iştirak edənədək dərs yükü və əməkhaqqı azaldılmayacaq. Sertifikatlaşdırmada keçid balı toplayan müəllimlərin əməkhaqqına 10 faiz, keçid balını toplayıb test mərhələsində 50 baldan yuxarı nəticə əldə etmiş müəllimlərin əməkhaqqına isə 35 faiz əlavə veriləcək.
Çox ela . Her bir muellime ve , her bir sagirde gelecek heyatinda ugurlar arzulayiram ☺
Başqa da yuksek hetta max bal yığan muellimler var hec burda şekilleri yoxdu day qoyusuz hamisini arasdirin qoyun da
Ədalətli hesablama: 30 -39 bal =10@-49 bal = 25P-60 bal = 35%
Cox yaxşı. Bəs VƏTƏNPƏRVƏRLİK testində necə keçə biliblərmi ?