Ru
13:42 / 25 İyun 2019

Erdoğan Əkrəm İmamoğlunu təbrik etdi - "Xalqımın qərarının başım üstündə yeri var"

1772
Türkiyə prezidenti Recep Tayyip Erdoğan Əkrəm İmamoğlunu təbrik etdi.



Prezident Erdoğan AKP partiyasının qrup toplantısında iştirak edib.


 Qurultayda çıxış edən Erdoğan Türkiyə xalqına səslənərək bu ifadələri işlədib. "Millətimizin səsini görməzdən gələ bilmərik. İstər 31 mart istərsə də 23 iyunda niyə susduğumuzun hesabatını xalqa açıqlayacağıq.


Bakupost Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, o çıxışı zamanı seçkilərdə qalib gəlmiş İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlunu da təbrik edib.


" Cənab İmamoğlunu təbrik edirəm. Bazar günü keçirilən seçkilər ölkəyə və şəhərimizə uğur gətirsin. İstanbul xalqının qərarının başım üstündə yeri var" - deyərək Ərdoğan İstanbulun yeni valisini təbrik edib.

 

 Ülviyyə Mirzəyeva

BakuPost



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər