"Ərini evdə saxlayırdın, başqa kişiləri ayrı yerdə" - MƏHKƏMƏDƏ DAVA DÜŞDÜ

455

Qeyri-rəsmi nikahda yaşadığı şəxsi öldürməkdə təqsirli bilinən Qasımova Günel Eldar qızının məhkəməsi başlayıb.

Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə mərhumun yaxınları təqsirləndirilən şəxsə etirazlarını bildiriblər: "Yetimin pulunu sən yeyirdin. Axı niyə öldürürdün? Öz ərini evdə, digərlərini də başqa yerdə saxlayırdın. Kişiləri yoldan çıxarmaq üçün nələr etməmisən?! Göndərdiyin şəkillərin göz qabağındadır. Sən türmədə də kişiləri ələ alacaqsan".

Hakim tərəfləri sakitləşdirib. Məhkəmə baxışı iyunun 25-nə təyin edilib. 

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Xırdalan şəhərində baş verib.

Xırdalan şəhər sakini, 27-ci məhəllə ev 2, mənzil 9 da yaşayan 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.

Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin Qasımova Günel Eldar qızı tərəfindən törədildiyi məlum olub.

Günel Qasımova 39 yaşlı kişini gecə saatlarında parkda bıçaqlayaraq hadisə yerindən qaçıb. Daha sonra o, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər