Ru
11:35 / 17 İyul 2019

Ermənistandan bölgə üçün daha bir təhlükəli addım - Rusiya dəstək olacaq

1703
Rəsmi Yerevan Ermənistanda yeni atom elektrik stansiyasının (AES) tikintisində Rusiyanın mümkün iştirakı ilə əlaqədar Moskva ilə danışıqlar aparır.


"RİA Novosti” xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan deyib.


O bildirib ki, Ermənistan atom enerjisindən imtina etmək istəmir.


T.Avinyanın sözlərinə görə, Ermənistanda "Metsamor” AES bağlandıqdan sonra yenisinin tikintisi imkanları nəzərdən keçiriləcək:


"Rusiyalı tərəfdaşlarla bu mövzunu müzakirə etməyə hazırıq. Artıq danışıqlar aparılır”.


Qeyd edək ki, "Metsamor” AES hazırda region üçün ciddi təhlükə mənbəyidir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər