Ermənistanın keçirdiyi təlimlər tam nəzarətdə saxlanılır - VİDEO

809
İşğal edilmiş Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin iyunun 17-də başladığı "geniş miqyaslı” hərbi təlimlər Ordumuzun ön xətt bölmələri tərəfindən xüsusi müşahidə vasitələri və cihazları ilə ciddi izlənilir və tam nəzarətdə saxlanılır.

MN-dən Bakupost-a bildirilib ki, dəfələrlə olduğu kimi, qarşı tərəf bu dəfə də cüzi sayda şəxsi heyət və texnikanı cəlb etməklə keçirdiyi məşğələni "geniş miqyaslı” təlim kimi təqdim etməyə çalışır.

"Düşmən tərəfinin təlimlərə guya 10 min şəxsi heyət və çoxlu sayda döyüş texnikası cəlb etməsi barədə yaydığı məlumatın tam əksinə olaraq təqdim edilən videodan da görünür ki, ermənilər həmişə olduğu kimi yenə də özünəməxsus saxtakarlıq etməklə öz ictimaiyyətini aldadırlar", - deyə məlumatda bildirilir.


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər