Ru
17:26 / 23 Yanvar 2019

Əvəz Zeynallıya qarşı iddia ərizəsi icraata qəbul olunmadı

3833
 


YAP Ağsaqqallar Şurasının üzvü, ADPU-nun müəllimi Miri Həsənovun jurnalist Əvəz Zeynallıya qarşı iddia ərizəsi məhkəmə tərəfindən rədd olunub.


BakuPost-un məlumatına görə, iddia ərizəsinə bu gün saat 15:00-da Nərimanov Rayon Məhkəməsində qiymət verilib. Hakim iddianın icraata qəbul olunmaması haqda qərar çıxarıb.


Ə.Zeynallı bildirib ki, Miri Həsənov tərəfindən məhkəməyə çox qeyri-ciddi bir əsasla verilib. "İddia bundan ibarətdir ki, jurnalist M. Həsənovun xəbəri olmadan onun portretini internetdə yayıb, bu isə oğurluqdur və oğurluq da cinayət tərkiblidir”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər