Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov vəfat edib.
Bu barədə
Bakupost.az -a onun ailəsindən məlumat verilib.
Bildirilib ki, F.Məmmədov ötən gecə Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
O, Bakıda dəfn ediləcək.
Qeyd edək ki, Fazil Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.