Fəhlələrin şit zarafatı qanla bitdi: biri qəbrə, biri isə...TAM TƏFƏRRÜAT

951
 
Şirvanda iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əziz İbadovun məhkəmə bitib.

Bakupost.az-ın məlumatına görə, İbadov Əziz Loğman oğlu Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində yerləşən binada aparılan təmir-tikinti işlərində çalışıb. Bu zaman iş yoldaşlarının Abbasov Abas Qulamhüseyn oğlu ilə etdiyi zarafata sonuncu söyüşlə cavab verib. Bu zaman Ə.İbadov iş yoldaşına iradını bildirib. 

A.Abbasov işdən sonra həmin məsələni aydınlaşdırmaq məqsədi ilə ona heç kimin onları görə bilməyəcəyi yerə getməyi təklif edib. 

Onlar həmin gün saat 17:00 radələrində iş yerindən çıxıb, taksi ilə Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən "Təbəssüm” mehmanxanasının yaxınlığına gəliblər. Piyada yolla heç kimin olmadığı əraziyə gedərək, orada Abas Abbasovla mübahisələrini davam etdirərkən sonuncu əlini Ə.İbadovun çiyninə qoyub ona qarşı nalayiq hərəkət etdiyindən özünü alçalmış hesab etdiyini bildirib. 

Bu zaman 25 yaşlı gənc qisas almaq məqsədilə A.Abbasovu öldürmək qərarına gəlib. O, qabaqcadan özü ilə gətirdiyi bıçaqla A. Abbasovun bədəninin
müxtəlif nahiyələrinə zərbələr endirib. Zərərçəkən aldığı zərbələrlə hadisə yerində keçinib.

Ə. İbadov isə özü könüllü polisə təslim olub. 

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmü ilə Ə. İbadov 11 il müddətə azadlıqdan məhrum edilib.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər