Hansı bank etibarlıdır? - SORĞU
Ru
11:17 / 16 Avqust 2023

FHN-nin vəzifələrini Google icra edir... - Ekspert qurumları tənqid etdi

6905

Xəbər verdiyimiz kimi, Google yenidən Azərbaycan vətəndaşlarına "zəlzələ xəbərdarlığı " mesajı göndərib.


Məsələ ilə bağlı AMEA-nın Seysmoloji Xidmət Mərkəzindən bildirib ki, telefonlara gələn zəlzələ ilə bağlı məlumatın Azərbaycanla heç bir əlaqəsi yoxdur.




Bakupost.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz feysbuk hesabında paylaşım edib.


Ekspert bildirib ki, bu tip xəbərdarlıq sistemini Seysmoloji Xidmətin dataları əsasında FHN icra etməlidir:


"Reallıq isə ondan ibarətdir ki, FHN-nin vəzifələrini Google icra edir. Google bu dataları beynəlxalq resurslardan əldə etməklə saniyələr öncə Android istifadəçilərə yönəldir. İndi görünən odur ki, Google FHN və Seysmoloji xidmətimizlə dirəşib ki, bəlkə onlar bu xəbərdarlıq sistemini quralar.

Xatırladıram ki, Azərbaycan bəlkə də yeganə ölkələrdən ola bilər ki, "112 Mobil Xilasedici" resursu yoxdur.

Nəhəng resurslara malik olan FHN dəfələrlə cəhd etsə də, bu faydalı mobil xəbərdarlıq və ilkin yardım sistemini ortaya çıxara bilməyib.

Çox təəssüfləndirici bir vəziyyətdir.

Ümid edək, bəlkə də Google bir-iki dəfə də belə xəbərdarlıq mesajları versə, FHN və Seysmoloji Xidmət nəhayət ki, belə bir mobil xəbərdarlıq sistemini qura biləcəklər".


Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar