Ru
09:58 / 16 İyul 2019

FHN Sabirabad bazarındakı yanğın barədə məlumat yaydı

1706
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 16 iyul tarixində səhər saatlarında quruma Sabirabad şəhərində Mərkəzi bazarın ərazisində yanğın olması barədə məlumat daxil olub.


İlkin məlumata əsasən, yanğın nəticəsində bazarın ərazisində iki mağaza və piştaxtalar 1300 kvadrat metr sahədə yanıb.


Yanğının söndürülməsinə DYMX-nın 11 texnikası cəlb edilib.


Yanğın saat 08:02 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər