Hansı bank etibarlıdır? - SORĞU
Ru
14:32 / 23 Fevral 2019

- Milyarder ona cangüdən və zirehli avtomobil təklif edib Fuad Abbasovun müdafiəsi kampaniyası başladı

9365
 


Tanınmış azərbaycanlı jurnalist Fuad Abbasovun Azərbaycan və Türkiyənin müxtəlif problemlərinin Rusiyada qabardılması, hər iki ölkənin haqq səsinin dünyaya çatdırılması istiqamətindəki uğurlu fəaliyyəti məkirli niyyətli ermənilərin qıcığına səbəb olub. 


BakuPost xəbər verir ki, artıq jurnalist videomüraciət yayaraq ermənilərin onu ölümlə hədələdiklərini və "millətlərarası ədavəti qızışdırmaq” kimi qondrama ittihamla həbsinə nail olmaq istədiklərini bildirib. Son günlər azərbaycanlılarla çeçenlər arasında yaşanan qalmaqalın yatırılmasında vasitəçilik edərək sülhə nail olan jurnalist bu anlaşılmazlıqda da ermənilərin əli olduğunu bəyan edib. 


Hətta  azərbaycanlılarla çeçenlər arasındakı gərginliyə səbəb olmaqda şübhəli sayılan erməni əsilli pasportunu da tamaşaçılara göstərib. 

Məhz bu hadisədən sonra F.Abbasov mütəmadi təhdidlərlə qarşılaşır. Həyatının təhlükədə olduğunu bəyan edən jurnalist buna baxmayaraq haqq sözünü deməkdən çəkinməyəcəyini bildirib. 


Artıq Demokratik Cəmiyyətin İnkişafı İctimai Birliyinin təşəbbüsü ilə F.Babayevin hüquqlarının müdafiə kampaniyasına start verilib və bu məqsədlə internet üzərindən imzatoplama aksiyası başlayıb. 


Bu arada tanınmış azərbaycanlı iş adamı "Dünya Azərbaycanlıları İttifaqı” və "Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”nun prezidenti Fizuli Məmmədov da jurnalistin müdafiəsinə qalxıb. F.Məmmədovun bununla bağlı yaydığı bəyanatda deyilir ki,  ermənilər onu millətlər arasında ədavəti qızışdırmaqda təqsirləndirərək, jurnalistə qarşı cinayət işinin başlanması tələbilə imza toplayırlar: "Bizim mənfur qonşular həm də Fuadı "Facebook” sosial şəbəkəsindən və "Youtube” videobloqundan sıxışdırıb çıxarmaq üçün kampaniyaya başlayıblar. Onlar Fuadın "Facebook” səhifəsini və "Youtube” kanalını bağlamaq istəyirlər. Ermənilər onun bu internet resurslardakı materiallarını da blok etmək üçün kampaniya start veriblər. Bundan başqa, onlar hətta Fuad Abbasovun ünvanına açıq təhdidlərə keçiblər. Çox təəssüf ki, Fuad Abbasovun təqibində həmçinin bizim bəzi həmvətənlərimiz də iştirak edirlər. Öz tanınmış həmvətənlərinə dəstək vermək yerinə bəzi azərbaycanlıların onun ünvanına olan hədələrə qoşulduğunu eşitmək mənə çox ağırdır. Bu hədələrlə bağlı olaraq mən Fuad Abbasova öz zirehli avtomobilimi və mühafizəçilərimi təklif etdim, lakin o imtina etdi. Buna baxmayaraq, mən bundan sonra da ona mənəvi, hüquqi və maddi dəstək göstərməyə hazıram.

 


Rusiyada, ilk növbədə isə Moskvada dərhal ona dəstək məqsədilə imza toplamalıyıq. Ermənilərin ona qarşı imzalarından daha çox imza toplaya bilməyimiz üçün Fuad Abbasova dəstək kampaniyamız çox fəal olmalıdır.


Fuad Abbasovun həbsi azərbaycan xalqına və bütün türk dünyasına əsil zərbə ola bilər. Bizim haqqımız çatmır ki, erməni millətçiləri ilə mübarizədə onu yalnız qoyaq. Biz mütəşəkkil və kütləvi şəkildə tanınmış jurnalist həmvətənimizin hüquq və maraqlarını qorumalıyıq. Bugün Fuad Abbasov rus telekanallarında Azərbaycanın və Türkiyənin səsidir. O davamlı və çox effektiv şəkildə Azərbaycan və Türkiyənin milli maraqlarını müdafiə edir. Buna görə də bütün həmvətənlərimizi mümkün olan bütün hüquqi metodlarla Fuad Abbasova dəstək verməyə, onun həbsinə, o cümlədən Feysbuk səhifəsinin və Yutub kanalının bağlanmasına imkan verməməyə çağırıram”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar