Ru
14:59 / 19 Avqust 2019

Gələn ilki parlament seçkisində kimlər mandatsız qalacaq?

4586
Azərbaycanda növbəti parlament seçkilərinin keçirilməsi 2020-ci ilin payızına nəzərdə tutulur. Düzdür, seçkilərin daha erkən baş tutacağına dair vaxtaşırı mətbuatda iddialar səsləndirilir, lakin hakim partiya (YAP) rəsmiləri həmin iddiaları təkzib edir və seçkilərin vaxtında keçiriləcəyini bildirirlər. 


Bakupost xəbər verir ki, Qaynarinfo-ya daxil olan məlumatlarda isə növbəti parlament seçkisində Milli Məclisin tərkibinin əhəmiyyətli şəkildə yenilənəcəyi bildirilir. Xüsusilə əksər yaşlı millət vəkillərinin 2020-ci ildə mandatsız qalacağı gözlənilir. 


Hazırda Milli Məclisin ən qocaman deputatı xalq artisti Zeynəb Xanlarovadır. Onun 83 yaşı var. Üstəlik, artıq 30 ilə yaxındır ki, deputat statusu daşıyır. 

Digər yaşlı parlament  üzvləri arasında isə Ağacan Abıyevin (82 yaş), Fəttah Heydərovun (81 yaş), Yaqub Mahmudovun (80) adlarını çəkmək olar. 

Eyni zamanda 2020-ci ildə indiki deputatlardan Elxan Süleymanovun 80, Arif Rəhimzadənin 79, Xanhüseyn Kazımlının 78, Eldar İbrahimovun, Rafiq Məmmədhəsənovun və Hüseynbala Mirələmovun 75, Valeh Ələsgərov, Mixail Zabelin və Əliağa Hüseynovun 74, Vahid Əhmədov, Madər Musayev, Əhliman Əmiraslanov , Fəzail Ağamalı, Flora Qasımova və Hadi Rəcəblinin 73, Tahir Süleymanov və Yevda Abramovun 72, Mahir Aslanov və İsa Həbibbəylinin 71, Şəmsəddin Hacıyev, Mirkazım Kazımov, Tahir Rzayev və Elman Məmmədovun isə 70 yaşları olacaq.


Adları çəkilənlərin bir çoxunun mandatsız qalacağı artıq indidən şübhə doğurmur. Xüsusilə Z.Xanlarova, E.Süleymanov, A.Abıyev, R.Məmmədhəsənov və Ə.Hüseynovun növbəti parlament seçkilərində öz namizədliklərini irəli sürməyəcəyi gözlənilir. Buna səbəb isə siyasi razılıq almayacaqlarıdır. 


Parlamentin biznesmen deputatlarından Əsabil Qasımovun, Rüstəm Xəlilovun və Xanlar Fətiyevin də 2020-ci ildə yenilənəcək Milli Məclisdə oturmayacağı deyilir. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər