Ru
20:59 / 23 Avqust 2019

Gəncədə mikroavtobus qəza törətdi

4080
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. BakuPost APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Şəmkir yolunun 2-ci kilometrliyində qeydə alınıb. Gəncə şəhər sakini, 31 yaşlı Ruslan Babayevin idarə etdiyi "Mercedes Vita” markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb. Sürücünün sözlərinə görə, qəzanın törədilməsinə səbəb digər avtomobilin onu sıxması olub. Hadisə yerinə yol-polis əməkdaşları və Təcili Tibbi Yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər