Gəncədə yolu keçən ata və oğulun avtomobillə vurulma anı - VİDEO

433
 
Gəncədə yolu keçən ata və oğulun avtomobillə vurulma anının görüntüləri yayılıb.

Video görüntüdən məlum olur ki, şəhərin Üzeyir Hacıbəyov küçəsində yüksək sürətlə idarə olunan "VAZ-2107” markalı avtomobil yolu keçən ata və oğulu vurur.

Qeyd edək ki, məlum qəza nəticəsində 54 yaşlı Qəribov Səttar Əsgərəli oğlu dünyasını dəyişib. Onun oğlu, 1990-cı il təvəllüdlü Qəribov Anar Səttar oğlu isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər