Ru
11:04 / 18 Aprel 2025

Gömrük generalının qardaşı ölkədən külli miqdarda pul çıxarıb…

Gömrük generalının qardaşı ölkədən külli miqdarda pul çıxarıb…
Eye

Səbail Rayon Məhkəməsində Azərbaycanın qida sektorunun tanınmış şirkətlərindən biri olan “Delta Qrup C.O” MMC rəhbərliyinin məhkəməsi başlayır.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, işə aprelin 25-də hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Şirkət iqtisadi fəaliyyət qaydalarını pozmaqda – ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.

“Delta Qrup C.O” rəhbərliyinə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, bu maddəyə əsasən vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimələnirlər.

İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir.

Əlavə edək ki, “Delta Qrup C.O.” MMC 1999-cu ildə yaradılıb. Şirkət “Anchor”, “Доярушка”, “Molkerei Ammerlander”, “Golden Cow”, “Tibet”, “Nordex Food”, “NZMP”, “Peros” kimi bir çox xüsusi markanın Azərbaycanda rəsmi distribyutorudur. “Delta Qrup C.O.” MMC-nin çörək, çörək məhsulları, (marka “Çörəkçi”) un, qənnadı məmulatları (“BiSmak” markası) və makaron (“Odad” markası) istehsal edən beş böyük fabriki var. “Moskva”, “Qız qalası”, “Buratino”, “Nejnoe”, “Milk”, “Glucose”, “Nice”, “Toplyonoye moloko”, “Sport”, “Petit Buerre” kimi peçenye markalarının istehsalçısı da “Delta Qrup C.O.” MMC-dir.

Xatırladaq ki, “Delta Qrup C.O.” MMC rəhbəri Məhəmməd Cahangirzadə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Anar Cahangirovun qardaşıdır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar