Gömrük Komitəsinin daha bir generalı tutulub.
Bakupost.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində gömrük xidmətinin əməliyyat və istintaq baş idarəsinin general-mayoru Rəsulov Məsum Eynalı oğlu saxlanılıb.
Qeyd edək ki, Rəsulov Məsum Eynalı oğlu 1974-cü ilin iyun ayının 21-də anadan olub.
O, 2006-cı ildən gömrük sistemində çalışır.
Əməliyyatlar nəticəsində Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev, Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov, “Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov da saxlanılıb.
Həmçinin oxuyun: