Goranboyda ağır qəza: ölən şəxsin kimliyi bilindi

  • 22:13
  • 1004 Baxış
Goranboyda ağır qəza:  ölən şəxsin kimliyi bilindi
Goranboyda baş vermiş ağır yol qəzasında ölən şəxsin kimliyi məlum olub.



BakuPost  APA-ya istinadən xəbər verir ki, rayonun Veyisli kəndində yük və minik avtomobillərinin toqquşması nəticəsində sonuncuda olan 1955-ci il təvəllüdlü Tərtər rayon sakini Əhmədov Rasim Məhəmmməd oğlu dünyasını dəyişib. Minik avtomobilində xəsarət alan daha 3 nəfər rayon xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.



Qeyd edək ki, qəza nəticəsində "KamAZ" markalı yük maşınında da iki nəfər - 21 yaşlı Elmir Şirinov və 17 yaşlı Elvin Şirinov xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.