Goranboyda öldürülən gəncə görə iki general araşdırma aparır - FOTOLAR

2491
 
Xəbər verdiyimiz kimi, Goranboy rayonunda 4 gün əvvəl polis əməkdaşının tabel silahından açdığı atəşlə hərbi xidməti yenicə başa vurmuş Təbriz Əmrahov dünyasını dəyimişdi. Hadisə ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Naziriyinin yaydığı rəsmi məlumatda bildirilirdi ki, iyulun 12-də gecə saat 23 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində xidmət aparan Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimov avtomobilin yolun kənarındakı maneəyə çırpılması ilə əlaqədar bir qrup şəxsin yol kənarında toplaşdıqlarını görüb səbəbini müəyyənləşdirmək məqsədi ilə onlara yaxınlaşıb. Bu zaman həmin şəxslərlə polis əməkdaşı arasında mübahisə yaranmış və onlardan biri - Qarapirimli kənd sakini Lətif Əmrahov polis əməkdaşına qəfil zərbə endirərək onu yerə yıxıb. Asayiş keçikçisi üzərində olan xidməti silahdan havaya xəbərdarlıq atəşi açarkən güllə L.Əmrahovun əmisi oğlu Təbriz Əmrahova dəyib. Bundan sonra Təbrizin qardaşı Pərviz Əmrahov silahı polis əməkdaşının əlindən alaraq küpü ilə onun baş nahiyəsindən çoxsaylı zərbələr endirərək ağır xəsarət yetirib. Hadisədən az sonra T.Əmrahov aldığı güllə yarasından dünyasını dəyişdi. Xəsarət almış polis əməkdaşı Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirib.
 
Bakupost.az-ın Criminal.az-a istinadən xəbərinə görə, güllə T.Əmrahovun gözündən dəyərək beynini zədələyib. Həkimlərin müdaxiləsinə baxmayaraq o keçinib. 
 
Goranboy rayon İcra hakimiyyəti başçısının Qarapirimli kəndi üzrə icra nümayəndəsi Bayram Məmmədov bildirib ki, cinayəti araşdırmaq üçün Bakıdan iki general Goranboy rayonuna gəlib.
 
Onun sözlərinə görə, hələlik hadisənin səbəbi tam açıqlanmasa da, insidentlə bağlı 6 nəfər saxlanılmışdı. Onlar hazırda istintaq altındadırlar.
 
B.Məmmədov deyir ki, T.Əmrahov hərbi xidmətdən bir həftə əvvəl gəlmişdi: "Eşitdiyim məlumata görə, polis onlara qarşı kobud rəftar edib, nəticədə hadisə baş verib. Hazırda ailənin başı yas mərasiminə qarışıb. Mərhumun 7-sindən sonra yəqin ki, bəzi məsələlər aydınlaşacaq". 
 
Məlumata görə, Gloranboya ezam olunan generallar Baş Prokurorluğun və Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Kamal Qılıcov və DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimovdur.  

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.
 
Təqsirli şəxslərin istintaqa cəlb edilməsi istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Mərhum T.Əmrahovun ailəsi ilə əlaqə saxlamaq mümkün olmayıb.
 





ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər