Ru
18:01 / 20 Fevral 2019

Gündə 7 saatdan çox oturan insanlarda bu xəstəliklər olur

1947
 


Oturaq həyat tərzi keçirməyin sağlamlıq üçün zərərli olduğu barədə alimlər və həkimlər dəfələrlə açıqlama veriblər. 


BakuPost Medicina.az-a istinadən bildirir ki, Kaliforniya Universitetinin tədqiqatçıları bəyan edib ki, insan gün ərzində heç olmasa 1 saat oturmağa sərf olunan vaxtı azaltsa və hərəkət etsə, ürək-damar sistemi xəstəlikləri riski 20% azalır. 


Təcrübə 5600 qadın üzərində müşahidəhlər əsasında aparılır. Analizlər göstərib ki, hər 1 saat əlavə fiziki aktivlik ürək və damar xəstəliklərini 26% azaltmışdır. 

Gündə 9 və daha artıq saat oturan qadınlarda diabet və hipertoniya xəstəlikləri daha çox rast gəlinmişdir. Əgər qadın fasiləsiz olaraq 4-6 saat oturubsa, onda 52% ürək xəstəliri riski artmış olur. 


Ona görə bu xəstəliklərdən uzaq olmaq istəyənlər hər gün neçə saat oturmaqla vaxt keçirdiklərini hesablayıb, hər gün o saatlardan azı 20-40 dəqiqə azaltmaqla ürəyin işini yaxşılaşdıra bilərlər. 

Gündə 7 saatdan çox oturan insanlarda bu xəstəliklər olur
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər