"Günəşli" yatağında fəhlə öldü

418
İyulun 15-də saat 18:50 radələrində "Günəşli” yatağındakı 14 saylı dərin dəniz özülündə Elmi təhqiqat işləri istehsalat sahəsinin operatoru, 1980-ci il təvəllüdlü Vəlixanov Seymur Əlihüseyn oğlu hamamda yıxıldığı vəziyyətdə aşkar edilib və vəfat etdiyi müəyyənləşdirilib.

Bakupost xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

İlkin rəyə əsasən, ölüm hadisəsinə baş nahiyyəsinin xəsarəti və beyinə qan sızması səbəb olub.

Hadisənin baş vermə səbəbləri "Azneft” İstehsalat Birliyinin baş direktorunun əmri ilə yaradılmış müvafiq komissiya tərəfindən yerində araşdırılır. Bildirilib ki, hadisə ilə bağlı əlavə məlumat veriləcək.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər