Hamı bu görüntülərdən danışır - Fotolar + Video

6531
İyunun 10-u saat 18:20-də Azərbaycanda "Full dəqiqəsi” olub. Belə ki, eyni vaxtda bütün yerli telekanallar və radiostansiyaların efirində, eləcə də şəhərin bütün reklam monitorlarında, ticarət mərkəzlərində, ictimai nəqliyyatda (avtobuslar, Bakı Metropoliteninin stansiyaları və dayanacaqlar), Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, çimərliklərdə, paytaxtın mərkəzi kafe və restoranlarında qara geyimli şəxsin görüntüsü və səsi yayımlanıb.

Bakupost xəbər verir ki, "Instagram” və "Facebook” sosial şəbəkələrində yüzlərlə tanınmış şəxsin və digər istifadəçilərin sözügedən videonu paylaşması hər kəsin diqqətini cəlb edib. Bundan başqa, şəhərin mərkəzi parklarında eyni mövzuda minlərlə fleşmober və promoter tərəfindən maraqlı görüntü yaradılıb.

Azərbaycan marketinq tarixində ilk sayıla biləcək bu addımın yerli "Full” sərinləşdirici içki brendinin bazara giriş reklamı olduğu məlum olub. Böyük bir komandanın gərgin əməyi nəticəsində ərsəyə gəlmiş reklam kampaniyasının videohesabatını diqqətinizə çatdırırıq.








ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər