Ru
10:59 / 23 Yanvar 2019

“Hər il Azərbaycanda əmək bazarına 100 min gənc daxil olur” - Nazir müavini

3161
 


Azərbaycanda bu gün 14-29 yaşlı gənclər arasında işsizlik 9,2 faizdir.


Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli "Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, cağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.


Onun sözlərinə görə, bu göstərici ölkədəki ümumi işsizlik səviyyəsindən 2 dəfəyə qədər çoxdur. Bu tendensiya bütün dünya ölkələrində müşahidə olunur.


M.Kərimli deyib ki, gənclərin məşğulluğunun artırılması Azərbaycan hökumətinin məşğulluq siyasətinin tərkib hissəsidir.


Nazir müavininin sözlərinə görə, Azərbaycan MDB məkanında və Şərqi Avropada əhalisinin gənclərin çoxluq təşkil etdiyi azsaylı ölkələrdən biridir: "Azərbaycanda əhalinin 25 faizindən çoxu məhz 14-29 yaşlıdır. Uşaqlar da nəzərə alınarsa, Azərbaycan əhalisinin 50 faizinin yaşı 29-dan aşağıdır".


M.Kərimli qeyd edib ki, hər il Azərbaycanda əmək bazarına 100 min gənc daxil olur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər