Ru
12:12 / 11 İyul 2019

Həyat yoldaşının əmisi qızı ilə sevişən şəxslə bağlı prokurorluqdan ETİRAZ

2018

Həyat yoldaşının əmisi qızını zorlamaqda təqsirləndirilən, lakin daha sonra məhkəmədə bəraət alan Məftun Bayramovla bağlı prokurorluq protest verib.


Bakupost.az-ın məlumatına görə, protest Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun icraatında araşdırılır. Kassasiya şikayəti üzrə yaxın günlərdə baxılacaq.


Qeyd edək ki, hadisə ilə bağlı Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Gülçin Məmmədlinin (ad, soyad şərtidir) köməksiz vəziyyətindən istifadə etməklə qohumu – Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Məftun Bayramov tərəfindən 2015-ci ilin sentyabrından 2016-cı ilin noyabr ayınadək olan müddətdə mütəmadi olaraq Bakı və Sumqayıt şəhərlərində zorlanması və seksual xarakterli digər zorakılıq hərəkətlərinə məruz qalması faktına görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 149.1(zorlama) və 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə cinayət işi başlanıb. İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilib və digər zəruri istintaq hərəkətləri istintaq hərəkətləri aparılıb. 


İstintaqla M.Bayramovun çəkdiyi intim əlaqələrini əks etdirən videogörüntü və fotoşəkilləri sosial şəbəkələrdə yayacağı ilə hədələyərək G.Məmmədlidən 1890 manat dəyərində qızıl-zinyət əşyalarını almasında əsaslı şübhələr müəyyən edilib. M.Bayramov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 149.2.5 (zorlama, təkrar törədildikdə), 150.2.5 (seksual xarakterli zorakılıq hərəkətləri etmə, təkrar törədildikdə) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddələrilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.


Təqsirləndirilən şəxs isə ifadələrində bildirib ki, qız həyat yoldaşının qohumu olub və aralarında münasibət olub. Qızın öz istəyi ilə onunla münasibətdə olub.


Bakı Ağır Cinayətlər Məhkəməsi M. Bayramov barəsində bəraət hökmü çıxarılıb. Apelyasiya Məhkəməsində prokurorluğun protesti təmin edilməyib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər