Ru
15:25 / 16 İyul 2019

İcra başçısı xanım direktoru özünə müavin təyin etdi

2150
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov  özünə yeni müavin təyin edib. 


Bakupost Unikal.org-a istinadən xəbər verir ki, Siraqəddin Cabbarovun əmri ilə, Ceyran Xəlilova Sabirabad rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunub.


O, bu təyinata qədər Sabirabad rayon Ü.Hacıbəyli adına Musiqi məktəbinin direktoru vəzifəsində çalışıb.


Xəbəri Sabirabad rayon İcra Hakimiyyətindən  təsdiqləyiblər.


Qeyd edək ki, bir müddət öncə Sabirabad rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin keçmiş müdiri Babayeva Şahnaz Feyzulla qızı öz ərizəsi ilə işdən çıxıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər