İki maşın toqquşdu, “İnfiniti” çuxura düşdü - VİDEO

  • 09:10
  • 655 Baxış
İki maşın toqquşdu, “İnfiniti” çuxura düşdü -  VİDEO
Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.




Bakupost APA-ya istinadən xəbər verir ki, hadisə Rüstəm Rüstəmov küçəsi ilə hərəkətdə olan "Infiniti" markalı avtomobil dönmə əməliyyatı edərkən Məhsəti Gəncəvi küçəsi ilə gedən "Opel" markalı avtomobilin sürücüsü 1969-cu il təvəllüdlü Muradov Namiq Əlifağa oğlu idarəetməni itirərək ona çırpılıb.




Zərbənin təsirindən "Infiniti" maraklı avtomobil yol kənarında qaz borusunun təmiri üçün qazılmış çuxura düşüb. Qəza zamanı N.Muradov xəsarət alaraq 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.




Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub. 




Qəzanın dəqiq səbəbləri araşdırılır.